Haqqında

Haqqında

“GoldenSKY” turizm şirkəti yeni fəaliyyətə başlamasına baxmayaraq turizm sahəsi üzrə ixtisaslaşmış, kompleks xidmət göstərən etibarınızı qazanacaq bir şirkətdir. Azərbaycanın turizm bazarında özünü etibarlı tərəfdaş kimi göstərmişdir.

Şirkətimizin məqsədi turizm bazarını münasib qiymət və yüksək keyfiyyətli xidmətlə təmin etməkdir. Bizim öz sahəsində ixtisaslaşmış tur menecerlərimiz yüksək keyfiyyətli xidmətlə ölkədaxili, o cümlədən dünyanın bir çox ölkələrinin ən görməli yerlərində olmaq və ən yaxşı təkliflərindən faydalanmaq üçün səfərinizin təşkilini öz öhdəsinə götürür.


Biz müxtəlif xidmətlərin Bakıda və Azərbaycanın regionlarında mehmanxana, uçuşlar, köçürmələrin təşkili, əvvəlcədən sifariş, sığorta,viza xidmətləri, avtomobil kirayəsi ilə əlaqədar xidmətlərin həyata keçirilməsi professional təlimatların rəhbərliyi altında ekskursiyalar, həmçinin turist xidmətlərini özündə birləşdirən kompleks servis təklif edirik.

Yüksək ixtisaslı əməkdaşlarımız hər bir müştərinin fərdi tələbatlarından çıxış edərək optimal həllər tapırlar. Geniş ofis şəbəkəsi və peşəkarlarla əməkdaşlıq sayəsində həmişə sizin və tərəfdaşlarınızın yanındayıq.

Bizim şirkəti seçməklə siz peşəkar komanda, geniş seçim imkanları, transfer xidmətləri, kompleks şəkildə servis xidmətləri əldə etmiş olacaqsınız.